OKI
Вернуться к статьям

Burunun kosmetik əməliyyatları.

 Burnun travmatik dəyişiklikləri  LOR üzvlərin travmaları  arasında əsas yerlərdən birini  tutur. Bu travmaların xüsusiyyəti ondan ibarətdir ki, bu zaman burnun və sifətin eybəcərləşməsi ilə yanaşı çox vaxt burun tənəffüsünün pozulmaları da yaranır.

     Bir çox müəlliflər hesab edirlər ki,burnun plastik cərrahiyyəsi kosmetologiyanın ən çətin şöbələrindən biri olmaqla,  cərrahdan yüksək peşəkarlıq, müəyyən qədər rəssamlıq qabiliyyəti və incəsənət marağı tələb edir. Burnun kosmotoloji  cərrahiyyəsi – kosmetoloji cərrahiyyənin ən mürəkkəb sahələrinə biri olub, hər bir xəstəyə fərdi yanaşma tələb edir .Ona görə də burun kimi insan üçün lazım olan bir orqan üzərində kosmetoloji əməliyyatın aparılması zamanı bu problemin funksional və estetik aspektlərini nəzərə almaq vacibdir.
     Qədim yunanca “cosmetus” tərcümədə  - “bəzək”. “plastika”- “qəlibləmə, heykəltəraş lıq” sözlərinə uyğun gəlir. Bu məvhumlar bərpa etmə məvhumundan daha az diapazonu əhatə edir.
    Burnun anatomik və fizioloji quruluşlarını, burnun daxili strukturalarını nəzərə alsaq belə xəstələrinin cərrahi korreksiya əməliyyatları otorinolorinqoloji şöbələrdə və ya klinikalarda aparılması məqsədə uyğundur.
   Bu gün bərpaedici cərrahiyyə ilə məşğul olan otorinoloringologların qarşısında çoxlu miqdarda həll olunmamış məsələlər durur.Belə ki, bunlardan aşağıdakılərını göstərmək olar.
1. Terminoloqiya.
2. Əməliyyatın aparılma müddəti və vaxtı ( Mövsümü.)
3. Xəstənin yaşı.

4. Ona əməliyyatı nə zaman aparmaq olar. (Hormonal dəyişiklilər.)
5. Köçürülən transplantın seçimi.
6. Hansı cərrahi kəsiklə aparılması.
7. Qeyd olunan qüsurların hansı yolla aradan qaldırılması.
8. Həmçinin qeyd etmək lazimdır ki, xəstənin seçimində
və xəstə ilə psixoterapevtik əlaqənin yaradılması həkim kosmetoloq üçün ən əsas şərtlərdən biridir.

    Burnun bərpaedici cərrahiyəsinin tarixi plastik cərrahiyyənin tarixi kimi çox qədimdir. İlk belə əməliyyatlar  3000 il qabaq Misir və Hindistanda aparılmişdır.  Qədim Hindistanda burun insanın nüfuzu, etibarı və hörməti hesab olunurdu. O vaxtı adam öldürən, dövlət  xarakterli cinayətkarlarda, ərinə xəyanət etmiş qadınlarda cəza növü kimi burunun kəsilməsi – amputasiyası, yəni rinoettomiyası aparılırdı. Belə cəza növü indiyə kimi bəzi ölkələrdə tədbiq olunur. Məsələn İngiltərənin Birmenqemin hindlu tayfasında , Hindistanda yaşayan hindlu tayfaları arasında belə cəza növü tətbiq olunur.
     Burnun bəzi hissələrinin və ya burnun tam amputasiyası, bəzi xəstəliklərdə də rast gəlinir. Belə ki sifilis, cüzam , qurd eşşəyi, ospa kimi xəstəliklərdə belə qüsurlara rast gəlmək olur. Belə xəstələr cəmiyyətdən təcrid olunmuş vəziyyətdə yaşayırlar və normal həyata qayıda bilmirlər. Rinektomiyaya səbəb olan adətlər, xəstəliklər nəticəsində əmələ gəlmiş qüsurlar insanı vadar edir ki, hansısa bir üsul tapıb bu qüsurları aradan qardırsın və bu biyabırçı damğadan azad olunsun.
    İlk plastik əməliyyat burun qanadlarının qıqırdaq hissəsini dəridən çılpaqlanmış hissəsində , dərinin tikilməsi ilə aparılmışdır.Qədim vaxtlarda aparılmış  kosmetik bərpaedici əməliyyatların sonrakı nəticələri nəzarətdə saxlanılmırdı. Əyər nəzarətdə saxlanılardısa, cərrahlar bilərdilər ki, burun keçəcəklərin atreziyası – daralması , kobud çapıqlar , formasız burun kimi fəsadlar onların işinin nəticəsidir.

   1917 – ci ildə məşhur oftalmoloq Filatov Dəri - əzələ çubuğunun – « Filatov çubuğu» yaratmasından sonra kosmetologiyada kəskin dönüş yaratmışdır.
   «Nə qədər ki, böyük kəşv  var onun xarakteri haqqında az söz deyilir.»
   Hazırda endoskopik cərrahiyyənin inkişafı, cərrahiyyədə lazerin və ultrasəs alətlərinin tətdiqi kosmetologiyanın inkişafına güclü təkan vermişdir.
   Burnun selikli qişa altı rezeksiyasında , yəni Voyaçek üsulu ilə burun çəpərinin düzəldirilməsində - burun çəpərinin hissəvi çıxarılmasında – həm əməliyyat vaxtı və həm də əməliyyatdan sonra çoxlu miqdarda fəsadlar əmələ gələ bilər :selikli qişaların artofiyası , qartmaqların əmələ gəlməsi , qoxunun pozulması, selikli qişaların dəyişməsi , burun balıqqulaqlarının hiperplaziyası, selikli qişalarının vibrasiyası, çəpərin qalıq hissəsinin irinləməsi və ya qoşulmuş  transplantın sorulması nəticəsində burnun çökməsi, burnun ucunun formasının dəyişməsi , kolomellanın retraksiyası, burun keçəcəklərinin genişlənməsi və ya daralması və sair.
    Ona görə də, otorinolorinqoloqiyada burun skeletinin və toxumalarının daha qənaətli götürülməsi üçün aparılan əməliyyatıların ilkin şərti burun piramidinin və daxili strukturlarının bərpa edilməsidir. Belə əməliyyatların aparılması üçün burnun anatomiyasını dəqiq bilmək lazımdır. ( Və həm də hər bir xəstədə fərdi surətdə.)

Burun anatomik quruluşuna görə 3 yerə bölünür.
1. Xarici burun.
2. Burun boşluğu.
3. Burun ətrafı sümük cibləri.
Burnun qidalanması üz arteriyası ilə olur. Xarici burun limfa şəbəkəsi burun boşluğunun limfa şəbəkəsi ilə birləşərək çənəaltı limfa dövranı ilə birləşir. Burun əzələləri üz sinirininin  şaxələri ilə inversiya olunur.

                             Əməliyyat qabağı hazırlıq.

   Bərpaedici kosmetik rinoseptoplastika əməliyyatının uğurlu olması xəstənin əməliyyat qabağı hazırlanmasından çox asılıdır.
   İlk öncə  xəstənin psixi durumunu nəzərə almaq lazımdır. Burun üzərində kosmetoloji  əməliyyatlar aparılan xəstələri psixoloji cəhətdən 4 qrupa bölmək olar.

1. Subnormal estetik hissiyatı olan xəstələr.
Belə xəstələrin sifətində kifayət  qədər qüsurların olmasına baxmayaraq , onlar buna qarşı laqeyd olurlar, diqqət yetirmirlər. Onların psixikasında dəyişiklik olur. Belə xəstələr, üzərilərində aparılmış kosmetoloji əməliyyatdan çox böyük dəyişiklik tələb etmirlər , aparılmış əməliyyat hətta az uğurlu olsa belə onlar ununla razılaşırlar.
2. Normal psixoloji hissiyata malik xəstələr.
Belə xəstələr öz qüsurlarını normal görürlər , və ona təmkinlə yanaşırlar, ruhdan düşmürlər. Belə xəstələr ilə əlaqə yaratmaq həkim üçün asan olur , əməliyyat barəsində verilən məlumatları düzgün qavrayırlar. Əyər əməliyyat  vaxtı və ya əməliyyatdan sonra fəsad əmələ gələrsə onun əmələ gəlmə səbəbini aydın başa düşür və onu normal qəbul edirlər.
3. Estetik zövqü və psixik durumu normal olmayan xəstələr.
          Belə xəstələrdə , sifətinin hiss olunacaq dərəcədə olan azacıq       qüsuru onların xoşbəxtliyini əlindən alır.Belə xəstələr qətiyyətlə və təkidlə əməliyyat olunmasını tələb edirlər. Belə xəstələrdə kosmetoloji əməliyyatların aparılması çox böyük məsuliyyat tələb edir.
4. Patoloji – xəstə zövqə malik olan xəstələr.
        Belə xəstələrdə hec bir estetik qüsur olmamasına baxmayaraq, onlar özlərində olan uydurma qüsurlardan əziyyət çəkirlər. Belə desək, belə xəstələrə qəti əl dəymək olmaz və bu xəstələri psixiatrın müayinə və müalicəsinə göndərmək lazımdır.

  Göstərilən  halları nəzərə alaraq , xəstələr  əməliyyatdan qabaq mütləq nevropatologun və ya psixoterapevtin müayinəsindən keçməlidirlər. Xəstələrin psixi durumu nəzərə alınmalıdır. Belə ki, əsəbiliyi, tez qıcıqlanması, kobudluğu, konfliktliyi, dinləmək bacarığı, başa düşmək qabiliyyəti, aparılacaq əməliyyatı düzgün qiymətləndirmək bacarığı və həm də əməliyyatdan sonra baş verə biləcək fəsadlar barəsində azacıqda olsa məlumatlı olması və bunun necə qəbul etməsi nəzərə alınmalıdır. Biz əməliyyat qabağı onlara çox diqqət yetiririk.

    Onu da qeyd etmək  istəyirəm ki, kiçik qüsurlara çox böyük diqqət yetirən xəstələr , başqa cərrahları tənqid edən xəstələr və əməliyyatdan sonra hər hansı bir şəxslərə oxşamaq istəyən xəstələr bizim klinikamızda əməliyyat olunmurlar. Həmçinin biz hesab edirik ki, xəstənin özündə bu və ya digər kosmetik əməliyyatın aparıması və onun özü tərəfindən qəti qərar qəbul etməsi fikri ilə çox hallarla razı olmuruq.
    Aparılmış kosmetoloji əməliyyatın nəticəsi o vaxtı uğurlu olur ki, əvvəlcədən bilinməlidir ki , bu əməliyyat həmin xəstəyə lazımdır, və xəstənin əməliyyat aparılması üçün arzusu realdır.
   Xəstələr ilə psixi kontrakt  yaratmaq üçün biz əməliyyatdan bir neçə gün qabaq həmin xəstələrə əvvəl əməliyyat olunmuş xəstlərin əməliyyat dan qabaqkı və sonrakı fotoşəkillərini göstəririk.
Müxtəlif sxematik slaydlar göstərməklə və xəstənin burnunun gipsdən formasını hazırlamaqla və onun gələcəkdə olacaq burun  formasının özü ilə birlikdə hazırlayıb həkimə olan etibarlığın artırılmasına çalışırıq. Beləliklə nəticə çıxarırıq ki, bərpaedici kosmetik burun əməliyyatlarının  ilkin uğurlu nəticəsi onların nə dərəcədə psixoterapevtik hazırlanmasından asılıdır.

    Burnun kosmetik bərpaedici əməliyyatları iki yerə bölünür.
1.Burnun tənəffüsünün bərpa olunması əməliyyatı – septum əməliyyat – (əyər burun tənəffüsü pozulmuşsa.)
2.Kosmetik qüsurun aradan qaldırılması – rinoplastika - əməliyyatıdır. Müxtəlif müəlliflər bu əməliyyatların ayrı

ayrılıqda aparılması. ( ilk əməliyyat aparıldıqdan sonra 2-3 həftədən sonra digər əməliyyat.) və ya da bu əməliyyatları bir etapda aparılmasının tərafdarıdırlar. Bizdə bu əməliyyatlar ümumi narkoz altında bir etapda aparılır. Uzun müddətli aparılmış çoxlu rinoseptoplastika əməliyyatları və əməliyyatlardan sonrakı fəsadları nəzərə alaraq, mən bir həkim kimi deyə bilərəm ki, öz imkan və peşəkarlıq səviyyəsinə uyğun olmayan əməliyyatların aparılması məsləhət deyildir.       
     Həkimlərin çoxusu kosmetologiyanı dəqiq bir elm kimi qəbul edirlərsə də , ancaq buna incəsənətin bir növü kimi müxtəlif baxışlarından yanaşırlar.

     Burnun ayrılıqda bir qüsuruna az hallarda rast gəlinir. Çox vaxt bu qüsurlar  bir neçə cür olub kombinə olunmuş vəziyyətlə olurlar.

     Əməliyyat qabağı hazırlıqların birisi də, xəstələrin burnunda olan deformasiyaları düzgün qiymətləndirmək, onun 3 proyeksiyada şəkillərinin çəkilməsi və burnun gipsdən formalarının hazırlanması , əvvəlki və sonra ola biləcək burun formalarını gipsdən hazırlanmaqdan ibarətdir.
    Əməliyyat vaxtı ağrısızlaşdırma ümümi narkoz altında aparılır. Və həmçinin yumşaq toxumaların bərk toxumalardan ayrılması üçün ( hidroayrılması- hidroseporasiya ) yerli keyitmə məhlullarından və dərmanlarından istifadə olunur. Qabaqlar  belə əməliyyatlar yerli keyitmə ilə aparılırdı və orada ağrısızlaşdırma tam alınmadığına görə bəzi əməliyyatlarda lazımı nəticəni almaq mümkün olmurdu. Əməliyyat vaxtı  toxumalar ilə nə qədər incə rəftar olunarsa, əməliyyat nəticəsi bir o qədər müvəffəqiyyətli olur. Əməliyyatın aparılmasında işlədilən tibbi texnikanın, tibbi alətlərin , dərmanların , tikiş materiallarının  əməliyyatın müvəffəqiyyətlə aparılmasında çox böyük rolu vardır. Burada poliamid tikiş materiallarından istifadə olunur. Rinocərrahlar arasında əməliyyatın aparılması üçün yaş həddinin seçilməsi ilə əlaqədar olaraq  müxtəlif  fikirlər vardır. Bir çox cərrahlar 16-18yaş həddinin seçilməsinin düzgün hesab edirlər. Hesab olunur ki, 10 yaşında uşağın burun çəpərin sümük hissəsi tam formalaşır. Burnun sonraki inkişafı onun qığırdaq hissəsinin hesabına olur. Inkişaf nöqtələri arxa arakəsmə ilə trapesəbənzər qığırdaq arasında olur. Burnun tam formalaşmasının tez qurtarmasına baxmayaraq sifətin formalaşması gecikdiyinə görə burun əməliyyatlarını imkan daxilində bir qədər ləngitmək lazımdır. Belə ki, çoxluq tərəfindən qəbul olunmuş 16-18 yaş həddi daha çox məqsədə uyğundur. Əyər kiçik yaşlarda travmalar nəticəsində burun qüsurları əmələ gəlirsə və bu əməliyyatların aparılması mütləqdirsə həmin fəsadları toxumaların maksimum saxlanması ilə bərpa etmək lazımdır. Həmçinin belə qüsurları travma vaxtından dərhal sonra bərpa etmək laızmdır. Geciktirilmiş hər bir burun travması nə qədər çox gecikdirilsə bir o qədər çətinliklə bərpa olunur. Onların fəsadlaşmasına daha çox rast gəlinir. Gecikmiş hallarda toxumaların götürülməsinə , bəzi hallarda zərurət yaranır  və ona görə toxumaların tez götürülməsi gələcəkdə üz skeletində diproporsiyanın əmələ gəlməsinə səbəb olur. 

    Burun görünüş  formalarına görə 3 qrupa bölünür.
1.Rinoskolioz – burun piramidinin yanlara əyilməsi.
2.Rinokifoz – Burun piramidində qabarın – qozbelin olması.
3. Rinolordoz – Burun piramidinin çökməsi – Yəhərvari burun.
   Göstərilən formalar həm anadan gəlmə və həmçinin qazanılma – yəni travmalar nəticəsində , xəstəliklər nəticəsində əmələ gələ bilər.

     Burnun formalarına uyğun olaraq əmələyyatlarıda müxtəlif olur.
1. Rinoartoplastika. – Burun piramidinin skeletetinin və   yumşaq toxamalarının bərpası.
2. Septoartoplastika. – Burun çəpərinin skeletinin bərpası.
3. Rinoseptoplastika. – Burun piramidinin və çəpərinin               skeletinin və yumşaq toxumalarının bərpası.

  Biz belə fikirdəyik ki,  ən gözəl estetik formada düzəldilmiş burun belə , əyər tənəffüsün çətinləşməsi ilə müşahidə olunursa, həmin əməliyyat  uğursuz  hesab olunur.

    Ona görə də bəzi atalar sözləri indi də burun bərpaedici cərrahiyyəsində öz qüvvəsini saxlamaqdadır.
                    Yeddi dəfə ölç, bir dəfə biç.
                    Asta gedərsən, uzaq gedərsən.
                    Cücəni payızda sayarlar.

   Burnun cizgilərinin simmetrik, səthinin hamar və yüksək dərəcədə ideal əməliyyat olunmasına baxmayaraq o sifət cizgiləri ilə proporsionallıq təşkil etməlidir. Burnun açıq və qapalı şəkildə aparılmış  bərpaedici əməliyyatları texniki cəhətdən icra olunan ən mürəkkəb və çətin əməliyyatlar növünə daxildirlər.
   Burnun ucunun qıqırdaq hissəsində aparılmış əməliyyatlar, burun skeletində aparılmış əməliyyatlardan nisbətən daha çox mürəkkəb olduğuna görə , belə əməliyyatlar daha çox təcrübəli riocərrahlar tərəfindən aparılmalıdır.
Burun əməliyyatlarında həm əməliyyat vaxtı və həm də ondan sonra ilkin fəsadları ola bilər.

1. Əməliyyat vaxtı burnun çəpərinin deşilməsi – perforasiyası ola bilər.
2. Əməliyyat vaxtı güclü qanaxma ola bilər .Bu fəsadlar ümumi fəsadların  6,9 faizini təşkil edir.
3. Əməliyyatdan sonra burun çəpərinin selikli qişası altında qansızma ilə əlaqədar qanyığılması – hematoma əmələ gələ bilər . Bu fəsad ümumi fəsadların 8 faizini təşkil edir.
4. Əməliyyatdan sonra burnun xarici görünüşü pasiyentin istəyinə uyğün olmaya bilər. Bu fəsad təxminən əməliyyatların 35 faizini təşkil edir.
5. Yəhərvari deformasiya. Bu fəsad əməliyyatdan sonra burnun piramidində əmələ gələ bilər. Bu fəsad əməliyyatların təxminən 5 faizini təşkil edir.

6. Burnun ucunun sallanması. Əəməliyyatların 1 faizini təşkil edir.       
                     
    Fəsadların əmələ gəlməsi çox vaxt aşağıdakı səbəblər ilə əlaqədar olur.
1. Xəsənin əməliyyata kifayət qədər hazırlıqsız olduğu hallarda.
2. Cərrah kəsiri düzgün aparmadığı hallarda.
3. Transplantantın düzgün şeçilmədiyi hallarda.
4. Əməliyyatın aparılmasında işlədilən texniki aparatların və cərrahi alətlərin keyfiyyətsiz olduğu hallarda.
5. Əməliyyatdan sonrakı dövr düzgün aparılmadıqda.
6. Və ən əsası burun cərrahiyyəsini  aparan həkimin təcrübəsiz olması və ya az təcrübəli olması hallarında.

    Deyilənlərdən belə nəticə çıxarmaq olar ki, göstərilən fəsadların çoxu tərcübəli həkim rinocərrahın özündən aslı olmadığından  və əməliyyat olunacaq orqanizmin fərdi xüsusiyyətindən asılı olduğundan , heç bir həkim bu fəsadlardan sığortalı deyildir.
    Burnun bərpaedici kosmetik əməliyyatları o vaxt müvəfəqiyyətli sayılır ki, burnun anatomik quruluşu və fizioloji funksiyası bərpa olunsun və burnun  cizgiləri sifətin estetik cizgilərinə uyğun olsun.
     Deyilənləri nəzərə alaraq  məsləhətimiz budur ki, burun tənəffüsünün kifayət qədər tutulması hallarında yalnız burun çəpərinin düzəldilməsi – septoplastika , yəni tənəffüsün düzəldilməsi  əməliyyatlarına razılıq verəsiniz.Əyər sakitlik dövründə burun tənəffüsü sizin üçün kifayət edirsə əməliyyatın aparılmasına lüzum yoxdur.
   Əyər peşəniz  ağır fiziki iş  ilə və ya idman ilə əlaqədardırsa, o zaman yenə tənəffüsünüzün sizi incitmək dərəcəsinə baxınız. Əyər bu sizi çox narahat edirsə, o vaxtı cərrahi müalicəyə razılıq veriniz.
   Burun cizgilərinizdə az hiss olunacaq qüsurlar varsa burnun kosmetik əməliyyatlarından uzaq olmaq lazımdır. Əyər , burnun dərin və kobud qüsurları varsa və bu sizin sifətinizin cizgiləri ilə hormoniya yaratmırsa əməliyyat olunmasına razılıq verəsiniz.

Bu və ya digər hallarda, birinci növbədə valideynlərinizin məsləhətinə qulaq asın. İkinci növbədə həkim psixiterapevtlərin məsləhətinə və sonra həkim LOR kosmetologun məsləhətlərinə qulaq asınız və son qərarı çıxarınız.