OKI
Вернуться к статьям

Yoğun bağırsağın karsinoması

Yoğun bağırsağın karsinoması bütün hallarda  yoğun bağırsağın adenomasından  transformasiya olunur.
Kolonoskopiya yoğun bağırsaq karsenomasını ilk dövrlərdə  təyin etmək və müalicələrində müvəffəqiyyət əldə etmək üçün ən effektiv müayinə və müalicə usüludur. Bələ ki ,polip adenomalar vaxtında çıxarılanda bəd xasəli törəmələrin əmələ gəlmə ehtimalı azalır.
Yoğun bağırsaq karsinomasının diaqnostikasında risk faktorları:
• Yoğun bağırsaqın ailəvi polipləri
• Diametri 1 sm-dən yuxarı olan adenomalar
• Şüa koliti
• Qeyri spesifik xoralı kolit
• Kron xəstəliyi(az tezliklə)
• Yaşı 45dən yuxarı olması
• Uretrosiqmastomiya
• Xolisistektomiya(mübahisəli)
• Öd daşı xəstəliyinin uzun sürməsi
Yoğun bağırsağın karsenomasinin qarşısını necə almaq olar
1960-ci ilə kımı inkışaf etmış ölkələrdə yoğun bağırsağın karsinoması 2 dəfədən artıq çoxalmışdır.
Ona görə by törəmə axır vaxtlar tez tez rast gəlinir və ağciyər- bronx törəmələrindən sonra daha təz rast gelinən xəstəliklərdəndir.Ona görə əhalini bu xəstəlidən qorumaq üçün məlumatlandırmaq lazımdır.
• Bəd xassəli törəmələrin müayinəsi ilə məşqul olmaq.umundünya fondu bu xəstəliyin qarşısını qida qəbulunun dəyişdirilməsi ilə alınacağını bildirir.
• Risk grupuna daxil olan 50 yaşdan yuxarı olan şəxslər profilaktik kolonoskopiyadan keçirilirlər.(Kanada, Yaponiyada işə götürülən şəxslər məcburi kolonoskopiyadan keçirilirlər)
• Aparılmış tam polipektomiyadan sonra 3 ildən klonoskopiya aparılmalıdır
• Əyər patoloji dəyişiklik yoxdursa ,5 ildən bir müayinə aparılmalıdır.
• Karsinomanın  histoloji quruluşunu nəzərə alaraq endoskopik kontrol, yani iki ildən ,beş ildən aparılmalıdır
• Adenoma –patoloji dəyişikliyi 5 ildən bir
• Adenoma T1 karsinoma 6 ay ,2il hər 5 ildən bir
• Natamam polipəktomiya –kontrol kolonoskopiya və 1 həftədən gec olmayaraq qalıqların çıxarılması
Qidanın dəyişdirilməsi .
• Qida çoxlu qida lifləri ilə bol olan kartof ,salat,kələm, paxla, çörək.
• Çoxlu balıq və ağ ət qəbul olunmalı
• Spirtli içkilər az qəbul olunmalı.Yəni bir gün ərzində spirt 20 gr.artıq olunmamalıdır.Bu 1∕4 st.və ya  1∕2 st. pivəyə bərabərdir.
• Siqarət çəkməkdən imtina etmək.Hal hazırda vitaminlərin , mikroelementlərin , aspirin və başqa preparatlardan   qəbulu.Müsbət nəticələrin olması öyrənilir.Statistika aparılır.
Normal çəki mütləq lazımdır. Fiziki aktivlik hər gün olmalıdır.
Karsenomanın əmələ gelmə riskinin artması:
• Yağlar
• Qırmızı ət
• Defekasiyanı gecikdirmək
• Çoxlu miqdarda siqaretin uzun müddətə qəbulu
• Alkogol (pivə )karsenomanın əmələ gəlmə riskini artırır
Profilaktika 
Əsas simptomlar xəstəliyin kəskinləşməsi zaman olur.Qarında ağrılar,qan gəlməsi ,bağirsaqların porezi , çəkinin itirilməsi. Bu mərhələdə 50% kimi xəstələr müalicə olunur.Ona görə xəstəliyin ilk fazasında  xəstəliyi aşkar etmək lazımdır ki ,cərrahi müalicə mümkün olsun.
• İldə bir dəfə profilaktik olaraq düz bağırsaqın palpasiyasi aparılmalı.
• Nəcis gizli qanaxmaya görə yoxlanılmalıdır
• 40-50 yaş-rekto düz bağırsağın müayinəsi
• 50 yaşdan yuxarı hər il nəcisin analizi
• Alternativ 55 yaşda kolonoskopiya və hər ildən təkrarlanması
Karsenoma ilə xəstələnmiş xəstələrin ailə üzvləri(60 yaşına kimi )1-ci kolonoskopiya 40 yaşında aparilmalıdır.60 yaşdan yuxarı xəstələnmiş xəstələrin doğmalarına 50 yaşdan sonra 1-ci kolonoskopiya aparılmalidir.
Adenomalı xəstələrin qohumları umumi qəbul olunmuş qayda üzrə kolonoskopiyadan keçməlidilər